14 may 2024 at 12:20
Jurnalist kodu: 5564
Xəbər kodu: 85476654
T T
0 Persons

Tags

İran Xarici İşlər Nazirliyi: Sionist rejim dünyada mütəşəkkil terrorizmin simvoludur

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin Nəkbə günü ilə bağlı bəyanatında qondarma sionist rejimin dünyada mütəşəkkil terrorizmin aşkar simvolu olduğu bildirilir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyi Aparteid rejimi və sionist işğalının bərqərar olmasının ildönümü olan Nəkbə günü münasibətilə bəyanat yayıb. 

Bu bəyanatın bir hissəsində deyilir: 1948-ci il mayın 14-ü Fələstinin işğal edildiyi və buranın məzlum əhalisinin hüquqlarının, xüsusən də öz müqəddəratını təyinetmə hüququnun aşkar şəkildə pozulması sayılan Nəkbə dövrünün başlanğıcıdır. 76 ildir ki, onun acı nəticələri regionu və İslam dünyasını bürüyüb və İslam dünyasının canında dərin və ağrılı yaraya çevrilib. 

Nəkbə günü, İngiltərə müstəmləkəçiliyinin bəd niyyətli fitnəkarlığı ilə İslam dünyasının mərkəzində aparteid rejiminin və sionist işğalının bərqərar olmasının ildönümü və başında Amerika Birləşmiş Ştatları dayanana dünyanın müstəmləkəçi dövlətlərinin yaşıl işığı və birbaşa və dolayı dəstəyi ilə müqəddəs Fələstinin torpaqlarının işğalı və təhqir olunması, əhaliyə qarşı soyqırım, qırğın törətmək, əhalinin didərgin salınmasının qanlı dövrünün başlanğıcını xatırladır. 

Dünyada rəsmi mütəşəkkil terrorizmin bariz simvolu olan qondarma sionist rejim beynəlxalq cinayətlərdən ibarət qalın dəftərinə hər dəfə yeni biabırçı səhifə əlavə edir; Qəzza zolağında Nasir və Şəfa xəstəxanalarında kütləvi məzarlıqların tapılması bu qəddar rejimin insanlığa qarşı cinayətinin dəhşətli mənzərəsini nümayiş etdirir... 

Bu baxımdan, Xarici İşlər Nazirliyi İran İslam Respublikasının Fələstin məsələsi və qondarma və qeyri-qanuni sionist rejimi ilə bağlı sabit mövqeyini vurğulamaqla və Fələstin xalqının azadlıq mübarizələrinə dəstək verməklə, bir daha Fələstin xalqının məqsədi ilə həmrəy olduğunu bəyan edir və Fələstin mövzusunun İslam dünyasının problemlərinin başında yer aldığını vurğulayır. 

Həmçinin İran İslam Respublikası Fələstinin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzvlüyünü dəstəklədiyini bəyan edir və Fələstinin BMT-nin tamhüquqlu üzvü kimi qəbul edilməsini Fələstin xalqının səbr və təvəkküllə dözdükləri tarixi ədalətsizliklərə qarşı mübarizədə ilk addım və dönüş nöqtəsi hesab edir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .